cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Bu komanda naminə əlimdən gələni əsirgəməyəcəyəm"

17.01.2017 08:09 Oxundu 1686

"Neftçi"nin yeni transferi 22 yaşlı Namiq Ələsgərov klub televiziyasına müsahibə verib. O, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirib. Onun sözlərinə görə, komandası Türkiyə "Sivasspor"u (0:0), Özbəkistan "Nasaf"ı (0:1) və Albaniya "Kukesi"sinə (2:4) qarşı pis çıxış etməyib: "Yaxşı oynadıq. Yorğunluq olduğundan, məşqlər ağır keçir. Bəlkə də bu amilin nəticələrə təsiri oldu. Amma bu, bizim xeyrimizədir. İnanıram ki, çempionatda oyunumuza daha yaxşı təsirini göstərəcək. Mövsümün ikinci yarısınadək tam hazır olarıq".

Gənc yarımmüdafiəçi keçmiş klubu "Qarabağ"dan da danışıb: "Orada çox yaxşı illərim keçib. İki ilədək çıxış etdiyim "Qarabağ" da mənə doğma olan komandadır. Amma hazırda "Neftçi"nin şərəfini qoruyuram. Bu komanda naminə əlimdən gələni əsirgəməyəcəyəm".

Qeyd edək ki, Namiq Ələsgərov "Neftçi"yə 2016-cı il dekabrın 26-da keçib.