cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Millimizin məşqçiləri oyunları izləyiblər

17.01.2017 10:38 Oxundu 2042

Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç 21 yaşadək futbolçulardan ibarət yığmamızın Türkiyənin Antalya şəhərində Germania Egestorf komandası ilə keçirdiyi oyunu izləyiblər.

Qeyd edək ki, hər iki məşqçi U-21 yığmamızın keçirdiyi digər yoxlama oyunlarına və hazırda Antalyada toplanışda olan klublarımızın bir neçə oyununa baxıblar.

Bir daha xatırladaq ki, Almaniya təmsilçisi ilə görüş yığmamızın məğlubiyyəti ilə nəticələnib – 2:4. İlk hissə 2:2 hesabı ilə başa çatsa da, ikinci hissədə daha 2 qol vuran almanlar qələbəyə seviniblər. Millimizin heyətində qollara Əli Nuri və Sərtan Taşkın imza atıblar.