cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"Mançester Siti" Messiyə görə 115 milyon avro ödəməyə hazırdır

17.01.2017 11:01 Oxundu 2011

"Mançester Siti" "Barselona" və Argentina yığmasının oyunçusu Messinin keçidi üçün 100 milyon funt sterliqdən (təxminən115 milyon avro) keçməyə hazırdır. Məlumata görə, ingilis klubu hələ ki bu məsələ ilə bağlı Messinin klubuna rəsmi müraciət göndərməyib. Lakin danışıqlar zamanı "şəhərlilər" 29 yaşlı belə bir oyunçu üçün həmin məbləği ödəməyə hazır olduğunu bildiriblər.

Qeyd edək ki, əgər həmin transfer söhbəti baş tutarsa, bu sövdələşmə rekord sövdələşmə kimi tarixə düşəcək. Məlumat üçün bildirək ki, hələlik bu rekord ötən ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə keçmiş Pol Poqbaya məxsusdur - 89 milyon funt sterlinq....

Messi kataloniya təmsilçisinin heyətində səkkiz dəfə İspaniya çempionluğunu, dörd dəfə ölkə kubokunu və dörd dəfə Çempionlar Liqasını qazanıb. Argentinalı cari mövsümdə keçirdiyi 24 oyunda 27 qol vurub və doqquz məhsulda ötürmə verib.