cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Rahid Əmirquliyev fərdi çalışmaları davam etdirir

17.01.2017 14:01 Oxundu 2044

"Qarabağ"Antalyada təlim-məşq toplanışını davam etdirir. Komanda 1 günlük isitirahət ardındna bu gün məşqləri bərpa edib. Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 12:00) start götürüb və təxminən 60 dəqiqə davam edib.

Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. Futbolçunun sabahdan komandayla məşqlərə qoşulacağı gözlənilir. Qeyd edək ki, günün ikinci məşqi yerli vaxtla 17:00-da start götürəcək.