cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz” MOİK-lə qarşılaşıb

17.01.2017 14:12 Oxundu 2080

Bakıda hazırlığı davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə bu gün ilk yoxlama oyununu keçirib. “Sarı-göylər” MOİK-lə qarşılaşıb. I divizion klubu ilə görüş qolsuz bərabərliklə yekunlaşıb.

MOİK-ə qarşı oyunda Gəncə təmsilçisinin ilk “11-liy”i belə olub: qapıçı - Davud Kərimi, müdafiəçilər – Şəhriyar Əliyev, Qaraxan Əliyev, Novruz Məmmədov, Yusif Cəfərov, yarımmüdafiəçilər - Elcan Rəhimov, Tural Rzayev, Əli Səmədov, Emin Zamanov, Fərid Məmmədov, hücumçu – Tural Qürbətov.