17.01.2017 16:37
2090
2090
"Çelsi"nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Stiv Atkins London klubu ilə MOİK-in sabiq baş məşqçisi Leonid Slutski arasındakı münasibətlərə aydınlıq gətirib.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərə mətbuatı Slutskinin "Çelsi"də işə başlayacağı barədə məlumat yaymışdı. Belə bir məlumat da yanvarın 14-də Slutskinin İngiltərə çempionatının 21-ci turunda keçirilmiş "Lester"- "Çelsi" qarşıdurmasını izləməsinə əsasən vermişdi: "Yaxın zamanlarda Leonid Slutskinin "Çelsi"də hansısa vəzifəni tutacağı barədə heç bir məlumat yoxdur. Amma dəqiq deyə bilərəm ki, o hazırda bizim klubda çalışmır. O, bizim klubun dostudur, elə bu səbəbdən də Londonda həmin oyunu izləyib. Biz onu görməyə həmişə şadıq".