cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

“Boavişta”dan Kamran Ağayev açıqlaması: “Kamran bizim komandamız üçün çox vacib futbolçudur"

17.01.2017 17:07 Oxundu 2081

Milli komandamızın qapıçısı Kamran Ağayevin “Boavişta”dan ayrılıb başqa komandaya keçməsinə dair xəbərlər dolaşsa da, Portuqaliya klubunun icraçı direktoru Diogo Braqa bunu təkzib edib. “qafqazinfo”ya danışan Portu klubunun rəsmisi Ağayevi buraxmaq istəmədiklərini bildirib: “Kamran bizim komandamız üçün çox vacib futbolçudur. Hazırda biz onunla xoşbəxtik. Azarkeşlər də Ağayevdən razıdırlar. Ona olan təkliflər bizi maraqlandırmır. O, böyük qapıçıdır və komandada qalmalıdır”.