cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Zlatanın Poqbaya məsləhəti

17.01.2017 17:23 Oxundu 2043

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç hesab edir ki, Poqba meydanda olarkən təzyiqlərə alışmalıdır: "Təzyiq mənim xoşuma gəlir. Bu məsələdə mən Poqbanın yerinə cavab verə bilmərəm. Amma düşünürəm ki, onun da xoşuna gəlməlidir. Əks halda biz yüksək səviyyədə oynaya bilmərik. Əgər siz yüksək səviyyədə oynamaq istəyirsinizsə, sutkanın 24 saatlıq təzyiqinə hazır olmalısınız. Əgər yaxşı oynayırsınızsa, təzyiq artacaq. Biz bunun öhdəsindən gəlməyi bacarmalıyıq. Poqba yüksək səviyyədə çıxış edir və buna öyrəşməlidir".