2004
Premyer Liqada mövsümün ikinci yarısına hazırlıqlarını Bakıda davam etdirən AZAL və "Kəpəz" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər. (“Kəpəz”in əsas komandası bu gün ikinci yoxlama oyununa çıxıb). Oyun paytaxt klubunun - Tərlan Əhmədovun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-göylər”in qoluna Vüqar Bəybalayev imza atıb. AZAL-dan Sadio Tounkara və Röyal Nəcəfov fərqlənib.
AZAL-la görüşə “Kəpəz” bu heyətlə çıxıb: qapıçı – Tadas Simaitis, müdafiəçilər – Tural Nərimanov, Azad Kərimov, Tural Axundov, Şəhriyar Rəhimov, yarımmüdafiəçilər – Kərim Diniyev, Vüqar Bəybalayev, Serjio Kosta, Orxan Əliyev, Nicat Qurbanov, hücumçu – Julien Ebah.
Yanvarın 19-da “Kəpəz” daha iki yoxlama oyunu keçirəcək.