cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Neftçi” “Tosno”dan birtəhər canını qurtardı

17.01.2017 19:12 Oxundu 2247

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib. “Ağ-qaralar” Rusiyanın “Tosno” klubu ilə üz-üzə gəliblər. "Bellis Deluxe” otelinin meydançasında baş tutan görüş bərabərliklə yekunlaşıb: 2:2. Türkiyə toplanışında bu vaxta qədər 3 oyun keçirmiş “Neftçi” “Sivasspor”la heç-heçə (0:0) edib, Özbəkistanın “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” (2:4) klubuna isə məğlub olub. Qeyd edək ki, Elxan Abdullayevin komandası Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü isə yanvarın 19-da Rumıniyanın “Konkordia Kyajna” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu

17 yanvar

"Neftçi" - "Tosno" - 2:2

"Neftçi”nin qollarını Ramon Kordoza (17-ci dəqiqə) və Murad Ağayev (90+1-ci dəqiqə - pen.) vurublar.

Komanda bu heyətlə çıxış edib: 53.Maksim Vaylo, 29.Georgi Navalovski, 3.Jairo Rodriges, 25.Kirilo Petrov, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K) (13.Murad Ağayev, 75), 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 9.Namiq Ələsgərov (10.Cavid İmamverdiyev, 69), 11.İqnasio Herrera (19.Fəhmin Muradbəyli, 56), 14.Ramon Kardozo (23.Tərzin Cahangirov, 76).