2052
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Yığmamız 9-12-ci yerlər uğrunda matçda Estoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.Qrupda keçirdiyi 3 oyunun 2-də məğlub olan Təbriz Həsənovun yetirmələri 9-16-cı yerlər uğrunda görüşdə isə İran millisinə qalib gəlmişdi. Estoniya üzərində də qələbə qazanan yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb.
Millimizin növbəti rəqibi Belarus olacaq. Görüş yanvarın 20-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
9-12-ci yerlər uğrunda oyun
17 yanvar
Azərbaycan - Estoniya - 3:0
Qollar: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Rijat Qarayev, 17. Murad Qayalı, 13. Həsənov Yusif, 14. Hüseyn Seyliğli, 8. Süleyman Əhmədov, 11. Barış Ekincier, 6. İbrahim Qədirzadə, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 9. Doğukan Öksüz
Ehtiyat oyunçular: 1. Murad Popov, 5. Rəhman Daşdəmirov, 2. Mətin Gülər, 4. İsmayıl Karakaş, 20. Bahadur Həziyev, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 19. İbrahim Əliev