cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Təbriz Həsənov: “Böyükhesablı qələbə qazanmaq xoşdur"

18.01.2017 08:27 Oxundu 1969

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-13-cü yerlər uğrunda görüşdə Estoniyanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb. Yığmamızın çalışdırıcısı rəqibin bütün oyunu müdafiədən çıxış etdiyini söyləyib:

“Böyükhesablı qələbə qazanmaq xoşdur. Estoniya yığması bütün oyunu müdafiədə keçrdi. Beşinci oyundur ki, rəqiblərimiz belə oynayır. Bu, bizim üçün yaxşıdır. Çünki müdafiə olunan komandalara qarşı oynamaq təcrübəsi qazanırıq.

Artıq 9-cu yer uğrunda həlledici oyuna hazırlaşacağıq. Bizim üçün tutacağımız yer vacib deyil. Əsas qələbə seriyasını davam etdirməkdir".