2317
Azərbaycan Taekvondo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gənclər arasında Respublika Birinciliyi 1 start götürüb. Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalardan 2000-2002-ci il təvəllüdlü 365 gənc (300 oğlan, 65 qız) mübarizəyə qatılıb.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən və daha 2 gün davam edəcək birinciliyin ilk günü (17 yanvar), fəxri kürsə qalxmağı bacaran idmançıların adları bəlli olub. Medallara sahib olan taekvondoçuların siyahısını təqdim edirik:
Qızlar -42 kq
1. Mirvari Qənbərli --- 1 saylı Gömrükçü İ.K.
2. Fəridə Rzayeva--- Sumqayıt.
3. Minayə Əkbərova --- Ağcabədi.
3. Sübhanə Katanova --- Gəncə.
Oğlanlar – 45 kq
1. Bəhruz Quluzadə --- M.O.İ.K.
2. Xanoğlan Kərimov --- 2 saylı Gömrükçü İ.K.
3. Kənan Rzazadə --- Lənkəran T.İ.M.
3. Eyyub Mahmudov --- Ümid T.K.
Oğlanlar -55 kq
1. Əbülfət Zülfüqarov --- Qəbələ İ.K.
2. Ruslan Seyidov --- Sumqayıt.
3. Aqşin Abdulov --- Neftçi İ.S.M.
3. Cəmaləddin Seyidov --- Qusar.
Oğlanlar -78 kq
1. Mehdi Tağıyev --- Quba.
2. Əli Osmanov --- R.O.M.
3. Sadiq Həsənov --- Gəncə.
3. Nurlankərim Rəhimov --- Beyləqan.
- See more at: http://taekwondo.az/index.php?page=sp&id=572#sthash.hItFMvhl.dpuf