18.01.2017 10:07
1895
1895
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev cəzalandırılıb.31 yaşlı qolkiperə Portuqaliya Futbol Federasiyasının (PFF) İntizam Komitəsi tərəfindən 3 oyunluq cəza kəsilib.Buna səbəb Ağayevin Portuqaliya çempionatının XVII turu çərçivəsində “Benfika” ilə matçdan sonra insident nəticəsində qırmızı vərəqə alması olub.Qeyd edək ki, “Benfika” – “Boavişta” matçı 3:3 hesabı ilə nəticələnib.
Qeyd edək ki, K.Ağayev oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər.