cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” Ramon Kordozonu da heyətinə qatır

18.01.2017 12:42 Oxundu 2201

"Neftçi” qış fasiləsində daha bir transfer gerçəkləşdirib. Paytaxt klubu baxışa dəvət etdiyi paraqvaylı Ramon Kordozo ilə müqavilə bağlamaq qərarı verib. Paraqvay mətbuatının yazdığına görə, 31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. İddia edilir ki, müqavilənin şərtlərinə görə, Kordozo aya 4000 dollar gəlir əldə edəcək.

Qedy edək ki, Kordozo son olaraq Paraqvayın “Deportivo Kapiata” klubunda oynayıb.