cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"Mançester Yunayted" Qrizmannı ala biləcəkmi?

18.01.2017 13:13 Oxundu 1987

"Atletiko"n hücumçusu Antuan Qrizmann İngiltərədə çıxış edə bilər. "Mançester Yunayted" onun xidmətində maraqlıdır. Məlumata görə, "Mançester Yunayted"in nümayəndələri və Qrizmannın agentləri arasında aylardır danışıqlar aparıblar. Tərəflər fransalı futbolçunun məvacibi və onun hansı nömrəli forma geyəcəyini şifahi razılaşdırıblar. Məlumata görə, sövdələşmənin məbləği 100 milyon avro ola bilər.

Amma 25 yaşlı futbolçunun transferini çətinləşdirən bir məsələ var. Belə ki, 2016-ci ildə FİFA yeni futbolçuları qeydiyyatdan keçirməyə "Atletiko"ya qadağa qoyub. Bu isə o deməkdir ki, komanda fransızın yerinə kimi isə ala bilməyəcək.