cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Kuman "Barselona"nı çalışdıra bilər

18.01.2017 13:36 Oxundu 2046

"Barselona"nın sabiq yarımmüdafiəçisi Xose Mari Bakero Luis Enrikodən sonra bu komandanın sükanı arxasına kimin keçə biləcəyi ilə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, hazırda "Everton"un çalışdırıcısı, bir vaxtlar "Barselona"da çıxış etmiş Ronald Kuman bu işin öhdəsindən gələ bilər: "Kuman "Barselona"nın sükanı arxasında? Niyə də yox? Ronald klub adamıdır, öz işini biləndir. O, məşqçilik karyerası ərzində bunu sübut edib. Bəzən deyirlər ki, "Barselona", "Real" və "Bavariya" kimi nəhənglərlə işləmək asandır, lakin bunun özünəməxsus xüsusiyyətləri var. Bunu isə ancaq adları çəkilən komandaları onların səviyyəsinə uyğun şəkildə çalışdırmağa qadir şəxslər edə bilər.