cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Messinin kumiri kimlər olub

18.01.2017 13:54 Oxundu 2107

Artıq xeyli vaxtdır ki, "Barselona"nın hücumçusu Messi dünyanın ən yaxşı oyunçusu sayılır. İndi uşaqlar və yeniyetmələr də onu kimi futbolçu olmağı arzulayırlar. Bəs Messinin kumirləri kimlər olublar? Messi bu suala belə cavab verib: "Mən kimin oyununa vurulmuşdum? İlk növbədə, Dieqo Maradonanın... O mənim əsil ilham mənbəyim idi. Ondan başqa, Pablo Aymar çox xoşuma gəlirdi. Onun oyununu izləməkdən məmnun olurdum".