cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

“Qızıl buts”un liderləri

18.01.2017 16:25 Oxundu 2195

Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardiri üçün təsis edilən “Qızıl buts” mükafatı uğrunda mübarizənin liderləri açıqlanıb.Cədvələ qabonlu Pyer-Emerik Obameyanq başçılıq edir.Almaniya Bundesliqasında 16 qol vuran afrikalı hücumçu 32 xalla hamıdan öndədi. “İnter”in qol silahı Mauro İkardi 2-ci, Norveç “Rusenborq”unda parlayan Kristian Qitkyaer 3-cüdü.Ulduzların eyni göstərici ilə qərarlaşdığı 4-cü yerə 6 şərik var. Lionel Messi, Zlatan İbrahimoviç, Luis Suares, Aleksis Sançes, Dieqo Kosta kimi futbolçularla yanaşı, Andrea Belotti də 2 əmsallıq çempionatda 14 qol vurub. İlk “onluğ”u Edinson Kavani tamamlayır.

yer

Futbolçu (klubu)

qol

əmsal

xal

1

Pyer-Emerik Obameyanq (“Borussiya” D, Almaniya)

16

2

32

2

Mauro İkardi (“İnter”, İtaliya)

15

2

30

3

Kristian Qitkyaer (“Rusenborq”, Norveç)

19

1,5

28,5

4-9

Andrea Belotti (“Torino”, İtaliya)

14

2

28

Luis Suares (“Barselona”, İspaniya)

14

2

28

Lionel Messi (“Barselona”, İtaliya)

14

2

28

Dieqo Kosta (“Çelsi”, İngiltərə)

14

2

28

Zlatan İbrahimoviç (“Mançester Yunayted”, İngiltərə)

14

2

28

Aleksis Sançes (“Arsenal”, İngiltərə)

14

2

28

10

Edinson Kavani (PSJ, Fransa)

18

1,5

27