cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Lam yayda karyerasını başa çatdıracaq

18.01.2017 17:05 Oxundu 1966

"Bavariya"nın 33 yaşlı kapitanı Filipp Lam bu mövsümün sonunda futbolçu karyerasını başa vurmaq niyyətindədir.Məlumata görə, o, Mattias Zammerin gedişindən sonra hələ də boş qalmış Münhen klubunun idman direktoru vəzifəsində çalışacaq.

Məlumat üçün bildirək ki, Filipp Lam karyerası ərzində 8 dəfə Almaniya çempionu olub, 7 dəfə ölkə Kubokunu qazanıb. 2013-ci ildə onun komandası Çempionlar Liqasının qalibi olub. 2014-ci ildə isə o, Almaniya yığmasının heyətində dünya çempionu olub.

Yeri gəlmişkən onu da bildirək ki, bu yay münhenlilərin daha bir oyunçusu - Xabi Alonso da karyerasını başa vurmağı planlaşdırır.