2046
Bu gün “Qəbələ” Türkiyədə meydana çıxıb. “Qırmızı-qaralar” Rumıniyanın “Qaz Metan” klubu ilə üz-üzə gəlib.Görüş Roman Qriqorçukun yetirmələrinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın 30-cu dəqiqəsində Filip Ozobiç vurub. Qeyd edək ki, “Qəbələ” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə məğlub olmuşdu.
Yoxlama oyunu
18 yanvar
“Qəbələ” – “Qaz Metan” - 1:0
Qol: Filip Ozobiç, 30
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Vojislav Stankoviç, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 21. Roman Hüseynov, 44. Rafael Santos, 77. Araz Abdullayev, 4. Elvin Camalov, 32. Rəşad Eyubov, 11. Asif Məmmədov, 29. Hacıağa Hacıyev