cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Şərurspor”un ardınca "İnter” də məğlub edildi

18.01.2017 19:19 Oxundu 1814

"Neftçi” PFK-nın əvəzedici heyəti təlim-məşq toplanışını davam etdirir. Əvəzedicilərin hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama oyununu keçiriblər. "İnter Arena”da baş tutmuş görüşdə komanda "İnter”in əvəzedici heyəti ilə qarşılaşıb. "Neftçi”nin 2:0 hesabı ilə qalib gəldiyi oyunda qolları Kənan Mirzəliyev (14-cü dəqiqə) və Bilal Qəmbərov (86-cı dəqiqə) vurublar. Qeyd edək ki, bundan əvvəlki yoxlama oyununda "Şərurspor”u 4:1 hesabı ilə məğlub etmiş "Neftçi” sonuncu sınaq matçını yanvarın 21-də "Şahdağ” (Qusar) klubuna qarşı keçirəcək.