cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Bu dəfə qollu heç-heçə oldu

18.01.2017 19:24 Oxundu 1929

Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün ikinci yoxlama görüşünü keçirib. “Bankirlər” Rumıniyanın “Botoşani” klubu ilə üz-üzə gəliblər.

Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Təmsilçimizin heyətində Mirsahib Abbasov fərqlənib. Qeyd edək ki, “İnter” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Qazaxıstanın “Ordabası” klubu ilə qolsuz heç-heçə etmişdi.

Yoxlama oyunu

18 yanvar

“İnter” – “Botoşani” - 1:1

Qol: Mirsahib Abbsov, 75