cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" "Styaua"naya "2" verdi

18.01.2017 20:30 Oxundu 2003

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandamız bu gün ikinci yoxlama matçına çıxıb. "Qarabağ"ımız Rumıniyanın "Styaua" klubuyla qarşılaşıb. Matça sürətli başlayan komandamız ilk olaraq Dani Kintanayla qola yaxınlaşıb, lakin onun zərbəsi rəqib müdafiəçiyə tuş gəlib. Bir neçə dəqiqə sonra Dani Kintananın cərimə meydançasına ötürməsini Dino Ndlovu başla tamamlayıb. İlk hissə komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. İkinci hissədə də komandamız matçın 59-cu dəqiqəsində Muarem Muaremlə hesabı 2:0 edib. Matç komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb.

"Qarabağ" - "Styaua" 2:0

Qollar: Dino Ndlovu, 26, Muarem Muarem, 59

"Qarabağ": Şahruddin Məhəmmədəliyev (İbrahim Şehiç, 46), Bədavi Hüseynov,(Elgün Uluxanov, 70), Rəşad Sadıqov (Elvin Yunuszadə, 15), Maksim Medvedev (İlqar Qurbanov, 70), Ansi Aqolli (Arif Daşdəmirov, 70), Qara Qarayev (Riçard Almeyda, 70), Rahid Əmirquliyev (Muarem Muarem, 55), Miçel ( Eltun Turabov, 70), Ağabala Ramazanov (Əfran İsmayılov, 55), Dino Ndlovu (Mahir Mədətov, 70), Dani Kintana (Vüqar Nadirov, 70)