cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "Hər bir oyunda nəticələr vacibdir"

18.01.2017 20:35 Oxundu 2008

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komanda ikinci yoxlama matçında Rumıniyanın "Styaua" klubunu 2:0 hesabıyla məğlub edib. Komandamın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib: "Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdi. Bu oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun qələbəylə bitməsi də bizim üçün daha faydalı oldu.

Rəşad Sadıqovun zədəsi isə ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu. Belə oyunlar təhlükəlidi, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır".