19.01.2017 08:12
2082
2082
Zinəddin Zidan baş məşqçisi olduğu "Real" klubunun futbol üzrə İspaniya Kubokunun ¼ finalının ilk oyununda "Selta"ya 1:2 hesabı ilə məğlub olması ilə bağlı fikirlərini açıqlayıb: "Biz qəribə matç keçirdik. İndi bizim çətin anlarımızdır, bu vəziyyətdən çıxmaq lazımdır. Nə baş verir? Bunu analiz etməli və bu vəziyyətdən tez bir zamanda çıxmalıyıq. Biz güclü rəqibə qarşı oynadıq. Amma biz cavab oyununda nə etməli olduğumuzu bilirik. Buna isə 90 dəqiqə qalıb. Bəlkə də bir az çox... Başqa cür oynamalı və əvvəlk formamızı bərpa etməliyik".