19.01.2017 09:45
2209
2209
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə sonuncu yoxlama oyununa çıxacaq. Komanda bu gün Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşacaq. Görüş "The Sense Luks" otelinin stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qeyd edək ki, “Atırau” hazırda yerli çempionatda 8-ci pillədə qərarlaşıb.