cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Messinin atası: "Messinin "Barsa"nı tərk edəcəyi ilə bağlı elə bir təhlükə yoxdur"

19.01.2017 10:19 Oxundu 2139

"Barselona"nın hücumçusu Messi hazırda çıxış etdiyi komandasını tərk etməyəcək. Bu barədə futbolçunun atası Xorxe Messi məlumat verib: "Messinin "Barsa"nı tərk edəcəyi ilə bağlı elə bir təhlükə yoxdur".

Qeyd edək ki, "Barselona" hələ də Messi ilə müqavilənin müddətinin artırılmasına nail olmayıb. "Kral klubu"nun prezidenti Xosep Mariya Bartomeu da Messinin komandada fəaliyyətini davam etdirəcəyini əminliklə söyləyib. O hətta deyib ki, bu məsələ ilə bağlı o şəxsən Messi ilə danışıqlar aparır.

Xatırladaq ki, Messinin Barsa ilə müqaviləsi 2018-ci ilin yayına qədərdir.