19.01.2017 11:02
1976
1976
"Simurq"un sabiq baş məşqçisi, ukraynalı mütəxəssis Roman Pokora ua-football.com saytına müsahibə verib. O, xatirələrindən söz açarkən çay dəmləməyi Azərbaycanda öyrəndiyini söyləyib: "Bu çayı Azərbaycan resepti ilə hazırlamışıq. Çay dəmləməyi də orada öyrənmişəm. Yalnız bir şeyə təəssüflənirəm ki, bura köçəndə haradasa çayniki itirmişəm".
Qeyd edək ki Roman Pokora 2006-10-cu illərdə Zaqatala təmsilçisini çalışdırıb. Pokora "Simurq"la Azərbaycan çempionatının bürünc medalını (2008/2009)qazanıb. 2009-cu ildə isə o, ölkəmizin ən yaxşı məşqçisi olub.