cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Adanaspor" Reynaldonun istədiyi pulu vermədi"

19.01.2017 11:34 Oxundu 2306

"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın meneceri Tural Əsgərov braziliyalı oyunçu ilə bağlı Türkiyənin "Ajansspor" agentliyinə açıqlama verib. "Gənclərbirliyi" və "Adanaspor" klublarının Reynaldo ilə maraqlandığını söyləyən menecer belə bir fikir də söyləyib: "Maddi baxımdan bu klubla razılığa gələ bilmədik. "Adanaspor" Reynaldonun istədiyi pulu vermədi". T.Əsgərov bildirib ki, braziliyalı oyunçu futbolçu karyerasını Türkiyə və ya Avropada davam etdirmək niyyətindədir.