19.01.2017 11:54
2215
2215
"Şapekoense"nin 31 yaşlı futbolçusu Eto Nene məlum təyyarə qəzası zamanı sağ qalmış 6 nəfərdən biridir. Bu barədə məlumat verilib. O, bir ay əvvəl komadan çıxıb. Müalicədən sonra qoltuq ağacı ilə gəzməyə başlayıb. İndi isə həmin əsa ona lazım deyil. Nene deyib ki, o, yenidən futbola qayıtmaq istəyir: "Allahın köməyi ilə mən tezliklə "Şapekoense"nin heyətində meydana çıxacağam". Onun atası da bildirib ki, həkimlər onun yenidən meydana qayıda biləcəyinə inanırlar.
Qeyd edək ki, noyabrda Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində 71 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Hadisə nəticəsində "Şapekoense" klubunu 19 futbolçusu və məşqçi heyəti həlak olub.