19.01.2017 16:24
2124
2124
İngiltərənin "Mançester Siti" klubu heyətini braziliyalı futbolçu,"Palmeyras” komandasının üzvü Qabriel Xesus ilə gücləndirib. Tərəflər ötən ilin avqustunda razılaşsalar da, münasibətlər bu gün rəsmiləşib. Transfer qiyməti 32 milyon avrodur. 20 yaşlı hücumçu 33 nömrəli futbolka ilə çıxış edəcək.Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada 42 xalla 5-ci pillədə qərarlaşıb.