cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Sumqayıt” üçüncü oyunda da uduzdu

19.01.2017 20:12 Oxundu 2165

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb. Samir Abasovun komandası "The Sense Luks" otelinin stadionunda Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşıb. Görüş “Neftçilər” ləqəbini daşıyan “Atırau”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın heyətində Məhəmməd Qurbanov fərqlənib. Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi əvvəlki yoxlama görüşlərində Albaniyanın “Şkenderbeu” (1:3) və Özbəkistanın “Nasaf” klubuna (0:1) məğlub olub.

Yoxlama oyunu

19 yanvar

“Sumqayıt” – “Atırau” - 1:2

Qol: M. Qurbanov, 33 (pen.)

“Sumqayıt”: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Azər Salahlı, Nicat Muxtarov, Mirabdulla Abbasov, Kamran Abdullazadə, Fərhad Qıstarov, Amil Yunanov, Məhəmməd Qurbanov