2271

"Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komanda Rumıniyanın "Konkordiya” klubu ilə qarşılaşıb. "Bellis Deluxe” otelinin meydançasında baş tutmuş görüşdən əvvəl 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 1:1 hesabı ilə nəticələnmiş oyunda "Neftçi”nin qolunu 67-ci dəqiqədə Cavid İmamverdiyev vurub. Komanda bu heyətlə çıxış edib: 33.Boban Baykoviç, 22.Mahir Şükürov (K), 15.Ruslan Abışov, 25.Kirilo Petrov, 29.Georgi Navalovski, 8.Zdenek Folprext, 13.Murad Ağayev, 10.Cavid İmamverdiyev, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev, 14.Ramon Kardozo. Meydana sonradan daxil olanlar: 3.Jairo Rodriges, 9.Namiq Ələsgərov, 11.İqnasio Herrera, 23.Tərzin Cahangirov, 27.Məqsəd İsayev.