2231
Türkiyədə hazırlıqlarını davam etdirən “İnter” bu gün növbəti yoxlama görüşünü keçirib. “Bankirlər” Tacikistan klubu “İstiqlol”la üz-üzə gəliblər. Görüş "bankirlər"in qələbəsi ilə yekunlaşıb. Zaur Svanadzenin yetirmələri 2:1 hesabına seviniblər. Paytaxt klubunun heyətində Mirhüseyn Seyidov və Pərdis Fərcad-Azad fərqləniblər. Qeyd edək ki, “İnter” Antalya toplanışı çərçivəsində əvvəlki yoxlama oyunlarında Qazaxıstanın “Ordabası” (0:0) və Rumıniyanın “Botoşani” (1:1) klubu ilə heç-heçə edib.
Yoxlama oyunu
19 yanvar
“İnter” – “İstiqlol” - 2:1
Qollar: Mirhüseyn Seyidov, 53, Pərdis Fərcad-Azad, 74
“İnter”in start heyəti: Orxan Sadıqlı, Adrian Skarlatake, Abbas Hüseynov, Fuad Bayramov, Mirhüseyn Seyidov, Məmməd Quliyev, Qara Qarayev, Sərtan Taşkın, Pərdis Fərcad-Azad, Aqşin Quluzadə, Mirsahib Abbasov