2746
Təlim-məşq toplanışı dövründə “Kəpəz” bu gün sonuncu yoxlama matçına çıxıb. Nizami yurdunun təmsilçisi aşağı liqa klubu “Zaqatala” ilə qarşılaşıb. Komanda iki cavabsız qolla qələbə qazanıb. “Sarı-göylər”in hər iki qoluna müdafiəçi Tural Nərimanov imza atıb.
“Zaqatala”ya qarşı görüşdə “Kəpəz” meydanda bu heyətlə mübarizə aparıb: qapıçı – Tadas Simaitis, müdafiəçilər – Şəhriyar Əliyev, Tural Nərimanov, Şəhriyar Rəhimov, Novruz Məmmədov, yarımmüdafiəçilər – Tural Axundov, Kərim Diniyev, Nicat Qurbanov, Orxan Əliyev, Serjio Kosta, hücumçu – Julien Ebah.
“Kəpəz” hazırlıq planına əsasən, bu gün daha bir yoxlama oyunu keçirib. Gəncə təmsilçisi “Qaradağ Lökbatan” ilə görüşüb. Matç komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sarı-göylər”dən qolları Tural Rzayev və Fərid Məmmədov vurub.
“Kəpəz” yoxlama görüşünə bu heyətlə çıxıb: qapıçı – Eyyub Əliyev, müdafiəçilər – Qaraxan Əliyev, Azad Kərimov, Yusif Cəfərov, Elcan Rəhimov, yarımmüdafiəçilər – Əli Səmədov, Ceyhun Cavadov, Fərid Məmmədov, Emin Zamanov, Tural Rzayev, hücumçu – Tural Qürbətov.