cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Zaur Svanadze: "Oyundan razı qaldım"

19.01.2017 22:27 Oxundu 2346

Bu gün Türkiyə toplanışı çərçivəsində “İnter” FK Tacikistanın “İstiqlol” komandasıyla yoxlama matçı keçird

Oyundan sonra komandamızın baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini açıqladı:

-“Birinci hissədə 2 mərkəz müdafiəçisilə oynadıq, buna görə də oyun istədiyimiz axarda getmədi. İkinci hissəyə 3 mərkəz müdafiəçisilə başladıq. Dünən oynamayan və ötən yoxlama matçlarında az oynayan bütün futbolçalara imkan yaratdıq. “İstiqlol” komandasıyla oyunda iki qol vurduq və bir çox qol vəziyyətləri də oldu. Bəzi gənc futbolçular yaxşı oynadılar. Oyundan razı qaldım. Yanvar ayının 21-də Rusiyanın “Orenburq” komandasına qarşı oynayacağıq. Ayın 23-də Azərbaycana qayıdıb çempionata hazırlığı Bakıda keçirəcəyik”.