cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

“Barselona” səfərdə “Real Sosyedad”ı məğlub edib

20.01.2017 07:15 Oxundu 2063

Dünən İspaniya kubokunda 1/4 final mərhələsinin daha iki matç baş tutub. “Atletiko” öz meydanında “Eybar”a şans verməyib - 3:0. “Barselona” isə səfərdə “Real Sosyedad”ı minimalhesabla məğlub edib.

Srağagün isə “Selta”nı qəbul edən Madrid “Real”ı gözlənilmədən məğlubiyyətlə üzləşib. "Kral klubu" 2015-ci ilin noyabrından sonra ilk dəfə ardıcıl 2 oyunda uduzub. “Alaves” isə səfərdə “Alkorkon”dan güclü olub.

18 yanvar

“Real” – “Selta” – 1:2

Qollar: Marselo, 69 – Aspas, 64; Conni, 70

“Alkorkon” – “Alaves” – 0:2

Qollar: İbai, 90, 90+4

19 yanvar

“Atletiko” – “Eybar” - 3:0

Qollar: Qrizman, 28, Korrea, 60, Qameyro, 68

“Real Sosyedad” – “Barselona” - 0:1

Qol: Neymar, 21 (pen.)