cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Millimiz turnirdə son oyununa çıxır

20.01.2017 07:22 Oxundu 2138

19 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə son oyununa çıxacaq. Yığmamız IX yer uğrunda görüşdə Belarusla qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.

2009-cu ildən turnirin daimi iştirakçısına çevrilən yığmamız üçün bu komanda ənənəvi rəqib sayılır.Belə ki, əvvəlki 8 yarışdan 6-da Belarusla qarşılaşmışıq. Yalnız 2010 və 2012-ci illərdə üz-üzə gəlməyən rəqiblər ardıcıl 5-ci dəfə görüşəcək.Bu matçlarda iki dəfə belaruslular qalib gəlib. Hər iki halda da minimal fərq qeydə alınıb. Digər 4 oyun isə bərabərliklə nəticələnib. Azərbaycan yığması qələbəyə həsrət qalmaqla Belarus sindromunu qıra bilməyib. Düzdü, 4 heç-heçədən üçü pley-offa təsadüf etdiyindən qalib penaltilərlə müəyyənləşib. Yığmamız da iki dəfə bu yolla qalib gəlib.

Qrup mərhələsi

05.01.2009. Belarus - 0:1
Qrup mərhələsi

05.01.2011. Belarus - 0:0
11-ci yer uğrunda

13.01.2013. Belarus - 1:1, p.3:5

13-cü yer uğrunda

11.01.2014. Belarus - 1:1, p.4:2

5-ci yer uğrunda

11.01.2015. Belarus - 1:1, p.5:4

7-ci yer uğrunda

12.01.2016. Belarus - 1:2


Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

9-cu yer uğrunda oyun

20 yanvar

20:00 Belarus - Azərbaycan