cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Payetin maşınının şüşəsini sındırıblar

20.01.2017 10:33 Oxundu 2220

Naməlum şəxslər "Vest Hem"in yarımmüdafiəçi Dimitri Payetin maşınına kərpic atıblar. Nəticədə avtomobilin ön şüşəsi sınıb. Polis əməkdaşları bu məsələdə azarkeşlərdən şübhələnirlər. Belə ki, azarkeşlər onun komandanı tərk etməsini istəmirlər. Məlumat üçün bildirək ki, Payet "Vest Hem"in heyətində çıxış etmək istəmir. Hazırda o, gənclərdən ibarət komandada oynayır və "Marsel"ə qayıtmaq istəyir. Fransız klubunun rəhbərliyi ona görə "Vest Hem"ə 25 milyon fund sterlinq ödəmək niyyətindədir. Amma londonlular ondan ayrılmaq istəmirlər.