cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Obamenyanq: "Heç zaman "Bavariyada" oynamayacağam"

20.01.2017 10:54 Oxundu 1950

Dortmund "Borussiya"sının hücumçusu Pyer Emerik Obamenyanq heç zaman heyətində çıxış etmək istəmədiyi komandanın adını açıqlayıb. Sən demə, bu Münhenin "Bavariya"sı imiş: "Gələcəyi barədə əvvəlcədən heç kəs heç nə deyə bilməz. İndi mən "Borussiya"dayam və bu klubda xoşbəxtəm. Amma bu klubda neçə il çıxış edəcəyimi deyə bilmərəm. Ola bilsin ki, iyun ayında hansısa klub "Borussiya" ilə razılığa gələr və mən bu komandanı tərk edərəm. Hazırda, həqiqətən, mən bu barədə düşünmürəm. Amma "Bavariyada" heç zaman çıxış etməyəcəym".