20.01.2017 11:11
2110
2110
Köşə yazarı və şərhçi Ozan Kütahyalı İstanbul məhkəməsi tərəfindən cəzalanıb. O, Türkiyə yığmasının baş məşqçisi Fatih Terim və "Qalatasaray"ın sabiq prezidenti Ünal Aysal arasındakı telefon mesajlaşmasını 2013-cü ildə yerli televiziyaların birində ictimailəşdirməsində təqsirli bilinib. Məlumata görə, Ozan Kütahyalı məhkəmənin qərarına əsasən sosial şəbəkələrdəki şəxsi hesabından paylaşdığı yazılar və ifadələr üçün 1250 avro, "Bəyaz TV"də efirə gedən "Dərin Futbol" verilişində söylədiyi sözlər üçün isə 1250 avro ödəməli olacaq.