20.01.2017 12:13
2081
2081
"Barselona"nın xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç gələcək işlərindən söz açıb. 28 yaşlı futbolçu həmçinin "Mançester Siti"yə keçəcəyi barədə dolaşan söhbətlərə də aydınlıq gətirməyə çalışıb: "Mənim Luis Enrikeyə həmişə inamım olub. Mən futbolla yaşayıram, amma məşqçi məni hamıdan daha yaxşı tanıyr. Hər şeyi inadla etməyimə gəldikdə isə bununla nəyə qadir olduğumu nümayiş etdimək istəyirəm. Onu da deyim ki, müqaviləmin müddətini uzadıb, uzun illər "Barsa"da qalmaq istəyirəm".
Qeyd edək ki, onun hazırkı müqaviləsi 2019-cu ildə başa çatacaq.