cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Depay "Lion"a keçdi

20.01.2017 15:50 Oxundu 2567

"Mançester Yunayted"in yarımmüdafiəçisi Memfis Depay karyerasını "Lion"da davam etdirəcək. Bu barədə fransız klubu məlumat verib. Fransız klubu "Lion" hollanda - Memfisin bu keçidinin qarşışığında 15 milyon fund sterlinq ödəyib. Müqavilədə yer alan bəndə əsasən, "Mançester Yunayted" 23 yaşlı forvardı yenidən transfer etmək hüququna malik olacaq. Bundan əlavə, "qırmızı şeytanlar" Hollandiya millisinin üzvünün növbəti kluba satışından da qazanc əldə edəcəklər. Depay özü isə "Lion"la 4,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Memfis Depay "Mançester Yunayted"ə 2015-ci ildə PSV-dən keçib.