cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Millimz turniri 9-cu pillədə başa vurdu

20.01.2017 21:20 Oxundu 2020

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. 9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 (ümumi nəticə: 6:5) hesabı ilə qalib gələrək turniri 9-cu pillədə başa vurub.

20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxıb.

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

9-cu yer uğrunda oyun

20 yanvar

Azərbaycan – Belarus - 1:1 (penaltilərlə: 5:4)

Qollar: Rafael Məhərrəmli, 90 - Mikita Bilinkin, 76

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Rijat Qarayev, 2. Metin Güler, 13. Yusif Həsənov, 14. Hüseyn Seygili, 8. Süleyman Əhmədov, 11. Barış Ekinciler, 20. Bahadur Həziyev, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 19. İbrahim Əliyev

Ehtiyat oyunçular: 1. Murad Popov, 5. Rəhman Daşdəmirov, 17. Murad Qayalı, 4. İsmayıl Karakaş, 6. İbrahim Qədirzadə, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 9. Doğukan Öksüz

Qeyd edək ki, qrupda keçirdiyi 3 oyunun 2-də məğlub olan Təbriz Həsənovun yetirmələri 9-16-cı yerlər uğrunda görüşdə öncə İrana, ardınca Estoniyaya qalib gəlib.