20.01.2017 21:49
2110
2110
"Çelsi"nin futbolçusu Dieqo Kosta zədəsini sağaldıb. Bu barədə London klubunun baş məşqçisi Antonio Konte məlumat verib: "Onun kürəyində ağrılar daha yoxdur. Kosta "Hall Siti" ilə matçda oynaya bilər". A.Konte ispan hücumçunun "Çelsi"də qalmaq istədiyini də bildirib: "Kostanın Çinə getmək fikri yoxdur".
Qeyd edək ki, "Çelsi" - "Hall Siti" görüşü yanvarın 22-i keçiriləcək.
Xatırladaq ki, D.Kosta zədə səbəbindən "Lester"lə oyunu buraxıb.