21.01.2017 10:03
2070
2070
"Bavariya"nın hücumçusu Robert Levandovski "Frayburq" - "Bavariya" (1:2) matçının 91-ci dəqiqəsidə vurduğu qələbə topunu şərh edib: "O anda mənim ilk fikrim topu həmkarıma ötürmək idi, amma bunu etmək asan deyildi. Ona görə də topu ram etmədən vurmaq qərarını verdim. Özü də oyunun sonuncu dəqiqəsi idi. Vaxt itirmək olmazdı. Xoşbəxtlikdən məndə hər şey alındı. Doğrudur, topa istədiyim kimi zərbə vura bilmədim, amma qol oldu. Bir sözlə, qol qoldur. Bu qol da bizə üç xal qazandırdı".