21.01.2017 12:49
2066
2066
Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” transfer çalışmalarını da davam etdirir. Bu gün “qartallar”ın sırasına daha bir futbolçu qoşulub. Komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.
Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının da formasını geyinib.
Qeyd edək ki, bu, “Zirə”nin qış fasiləsində ikinci transferi olub. Komanda buna qədər “Qəbələ”dən müdafiəçi Sadiq Quliyevi heyətinə cəlb etmişdi.