cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Slaviya” Mirkamil Həşimlini bəyənmədi

21.01.2017 13:01 Oxundu 2227

Bolqarıstanın yüksək liqasında yarışan “Slaviya” klubu düşərgəsində baxışda olduğu azərbaycanlı futbolçu Mirkamil Həşimli ilə bağlı qərarını açıqlayıb. Komandanın baş məşqçisi Vladimir İvanov 21 yaşlı futbolçunu geri göndərdiklərini deyib. O, Antalyada Qazaxıstan "İrtış" komandası ilə matçdan (3:1) sonra bu qərarı verib. M.Həşimli bu oyunda bir hissə oynayıb. Vladimir İvanov deyib: “Mirkamil pis oyunçu deyil. Amma elə öz futbolçularımız səviyyəsindədir. Bizim siyasətimiz isə ondan ibarətdir ki, əsas komandada öz məktəbimizdən yetişmiş futbolçulara daha çox yer verək".

Qeyd edək ki, Mirkamil Həşimli 2006-cı ildə Türkiyənin U-15 Liqasında "Fənərbaxça"da oynayıb. Sonra sol ayağından zədə alan yarımmüdafiəçi Azərbaycana qayıtmalı olub. Ötən mövsümü "Rəvan"da keçirmiş M.Həşimli hazırda klubsuzdur.