21.01.2017 13:37
1944
1944
İtaliyalı sabiq hakim Pyerluici Kollinaya FİFA-da vəzifə verilib. İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, FİFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin edilib. P.Kollina ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.
Eyni zamanda UEFA Hakim Komitəsində də çalışan Kollina 6 dəfə dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb. O, 2005-ci ildə hakimlik karyerasını başa vurub.